"Formula 1" çempionu Censon Batton karyerasını bitirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, 45 yaşlı pilot Bəhreyndə keçiriləcək 8 saatlıq turnirin onun peşəkar karyerasında sonuncu olacağını qeyd edib.

 

O, növbəti mövsümdən etibarən Dünya Davamlılıq Çempionatında (WEC) yarışmayacağını vurğulayıb.

 

Qeyd edək ki, C.Batton 2000-ci ildə "Uilyams" komandasının heyətində "Formula 1"də debüt edib. İngiltərəli sürücü 2009-cu ildə "Braun GP" komandası ilə dünya çempionu olub. 2016-cı ildə "Formula 1"dən ayrılan pilot daha sonra müxtəlif kateqoriyalarda yarışıb.