Fransa millisinin futbolçusu Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib. Sport24.az xəbər verir ki, PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in X turunda "Loryen"lə matçda (1:1) xəsarət alıb və meydanı xərəkdə tərk edib.

 

Onun sağalması üçün bir neçə həftə lazım olacaq.

 

Dezire Due oktyabrda Azərbaycan seçməsinə qalib gəldikləri (3:0) qarşılaşmada zədə səbəbindən iştirak edə bilməyib. Futbolçu cari mövsüm PSJ-də meydana çıxdığı 15 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Azərbaycan - Fransa oyunu noyabrın 16-da keçiriləcək.