Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
"Qalaksi" - "Cənub Storm" 6:1
"Lerik Əvilə" - "Borçalı" 4:0
"Zirə" - "Birbaşa Bakı" 2:1
"Siyəzən" - "Gənclərbirliyi" 5:0
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Aznur" "Star Bakı"nı (18:2), "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) üstələyib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.