"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabeanın karyerasını yenidən Azərbaycanda davam etdirmək imkanı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Hətta 28 yaşlı hücumçu yayda Premyer Liqa təmsilçilərinə də təklif edilib. Lakin qanalı forvardın çox maaş istəməsi transferə mane olub.

Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə Ağdam klubunun formasını geyinib. O, "köhlən atlar"la iki dəfə Azərbaycan çempionu olub. Hücumçu hazırda İsrailin yüksək liqasında çıxış edən "Makkabi Bney Reyneh" komandasının formasını geyinir.