"Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel bu mövsüm "Liverpul"u niyə tənqid etmək istəmədiyini izah etdi. Sport24.az xəbər verir ki, veteran futbolçu bu barədə "OneFootball"a açıqlama verib:

 

"Eşitmişəm ki, Salah dünyasını dəyişən Jotayla çox yaxın olub. İndi o, özünə bənzəmir. Əvvəlki Salahın kölgəsini xatırladır... Ona görə də bu "Liverpul"u tənqid edərkən diqqətli və çox sakit olacam. Bir neçə ay əvvəl nə baş verdiyini unutmayaq!"

 

Qeyd edək ki, 33 yaşlı misirli bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 13 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Liverpul" isə bütün turnirlər nəzərə alınmaqla son yeddi oyunun altısında məğlub olub.