"Barselona"nın yarımmüdafiəçisi Pedri zədə səbəbindən ən azı altı həftə yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Dünən Kataloniya təmsilçisinin mətbuat xidməti 22 yaşlı ispaniyalının müayinəsinin nəticələrini açıqlayıb.

 

Bildirilir ki, müayinə zamanı sol budun distal biseps bud əzələsində cırıq aşkarlanıb.

 

Qeyd edək ki, daha əvvəl futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı deyilirdi. Ancaq Pedrinin zədəsi gözləniləndən daha ciddi olub.