"Liverpul" İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda "Nottingem Forest"i qəbul edəcək. Sport24.az xəbər verir ki, son çempion oyuna ciddi itki ilə çıxacaq.

 

Florian Virts komanda kömək edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Arne Slot məlumat verib. Almaniyalı hücumameyilli yarımmüdafiəçinin əzələ zədəsi var.

 

"Liverpul" Florian Virtsi mövsümün əvvəlində "Bayer"dən 125 milyon avroya transfer edib. 22 yaşlı ön xətt oyumçusu "qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

 

Qeyd edək ki, "Liverpul" - "Nottingem Forest" qarşılaşması sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.