"Liverpul" futbolçusu Vircil Van Dayk ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Niderlandlı müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

 

Van Dayk bu mövsüm Premyer Liqada 32 oyunda meydana çıxıb.

 

"Liverpul" daha öncə Məhəmməd Salahla müqaviləni uzadıb.