Adidas şirkəti argentinalı futbolçu Lionel Messinin DÇ-2026-da geyinəcəyi butsları təqdim edib. Sport24.az xəbər verir ki, "son tanqo" adlandırılan butslar Messinin 2006-cı il dünya çempionatından 2026-cı il mundialına qədərki karyerasını qeyd edir.
Argentina millisi iyunun 7-də Hondurasla, 3 gün sonra, daha dəqiq desək, iyunun 10-da İslandiya ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi DÇ-2026-da ilk oyununu Kanzas-Siti şəhərindəki "Errouhed" stadionunda Əlcəzairə qarşı edəcək.