"Lill" 18 yaşlı yetirməsi Əyyub Buaddi ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin yeni müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki sözləşməsinin müddəti isə 2027-ci ildə başa çatmalı idi.
Qeyd edək ki, 2007-ci il təvəllüdlü yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 18 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Ümumilikdə isə Fransa U-21-nin də şərəfini qoruyan futbolçu "Lill"in əsas komandasında 72 oyuna çıxıb və dörd məhsuldar ötürmə edib.
Bir müddət əvvəl Fransa çempionu PSJ-nin Buaddi ilə maraqlandığı bildirilirdi. Əyyubun həmçinin yarımmüdafiəçinin "Çelsi"nin maraq dairəsində olduğu vurğulanırdı.