"Sabah" Misli Premyer Liqasının XIV turunda "Neftçi"yə qarşı keçirəcəyi oyuna itkilərlə çıxacaq. Klubdan Sport24.az-a verilən məlumata görə, İvan Lepinitsa, Zinedin Uld Xaled, Cesse Sekidika, Pavol Şafranko, Boyan Letiç və Neqoş Kupusoviç zədəlidir.

Bunlardan yalnız Lepinitsa və Sekidikanın növbəti görüşdə iştirak ehtimalı var. Hər ikisinin oynayıb-oynamayacağı hələlik dəqiq deyil.

Qeyd edək ki, dekabrın 8-də baş tutacaq "Sabah" - "Neftçi" qarşılaşması saat 20:00-da start götürəcək.