ABŞ prezidenti Donald Tramp DÇ-2026-da favoritinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" portalı məlumat yayıb:

 

"Heç şübhəsiz ki, İspaniya favoritlərdəndir. Bu, əla komandadır və həmişə belə olub. Mən İspaniyanın çılğın azarkeşiyəm, bu ölkəni sevirəm. Düşünürəm ki, onların mundialda çox yaxşı şansları var".

 

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə tarixdə ilk dəfə olaraq 48 yığma mübarizə aparacaq. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.