"Real"ın qapıçısı Tibo Kurtua klubun qış "transfer pəncərəsi" dövründə iki yüksək səviyyəli müdafiəçi ilə güclənməli olduğunu düşünür. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 33 yaşlı belçikalı bu barədə klub rəhbərliyini də məlumatlandırıb. O, hesab edir ki, bu transferlər olmadan Madrid klubu mövsümün sonunda əvvəlki ildə olduğu kimi eyni problemlərlə üzləşəcək.

 

Kurtuanın fikrincə, "Real" müdafiə xətti mütləq gücləndirilməlidir.

 

Klub rəhbərliyi isə iki mərkəz müdafiəçisini "rənglərinə bağlamağı" düşünür. Onlar "Liverpul"dan İbrahima Konate və "Kristal Pelas"dan Mark Qehidir.

 

Qeyd edək ki, "Real" 15 turdan sonra La Liqada ikinci, Çempionlar Liqasında isə beşinci pillədə qərarlaşıb.