"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələn il keçiriləcək dünya çempionatından əvvəl İngiltərə millisinə və komandanın baş məşqçisi Tomas Tuxelə dəstəyini bildirib. İspaniyalı mütəxəssis bununla bağlı "BBC"yə danışıb:

 

"İngiltərənin mundialın qalibi olması üçün əsas namizədlər arasında yer almasını istərdim. Bunu sadəcə, nəzakət kimi səslənməsini istəmirəm. Mən uzun müddətdir burada yaşayıram və özümü bu ölkənin bir hissəsi hesab edirəm. Əgər Tomas və komandası son addımı atıb kuboku qazana bilsələr, həqiqətən məmnun olardım".

 

Qeyd edək ki, İngiltərə L qrupunda Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq.