"Sabah"la kubok matçı hər iki komanda üçün maraqlı, gərgin və yüksək səviyyəli oyun alındı. 90 dəqiqədə qalib müəyyənləşmədiyindən və əlavə vaxtın da oynanmasına baxmayaraq, yalnız matçsonrası penaltilər çatmadı ki, kubok intriqası tam şəkildə tamamlansın". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin belaruslu qapıçısı Andrey Sinenka deyib.
28 yaşlı qapıçı Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a məğlub olduqları oyunu şərh edib:
"Hər iki komanda üçün çətin oldu və həm bizdə, həm də onlarda əlavə vaxtda qol vurmaq üçün yaxşı imkanlar vardı, amma onlar fürsətlərini reallaşdırdılar, biz isə yox. Hər iki komanda xarakter, ustalıq və qələbə əzmi göstərdi. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Kubokda məğlubiyyətin çempionatdakı çıxışımıza təsiri? Şəxsən mənim aləmimdə belə bir yanaşma yoxdur. Kubok yalnız bir titul deyil, həm də komandaya yayda avrokuboklara qatılmaq üçün ən qısa yoldur. Təəssüf ki, bu imkanımızı itirdik. Lakin bunu olduğu kimi qəbul edirik və indi bütün diqqətimizi yalnız çempionata yönəldəcəyik".
Sinenka komandasının Misli Premyer Liqasında XIV turunda "Sumqayıt"la oyunundan gözləntilərini bölüşüb:
"Sumqayıtda möhtəşəm stadion və yaxşı komanda var. "Sumqayıt"ın son ev oyununda stadion tam dolmuşdu, ümid edirəm ki, yenə belə atmosfer olacaq və oyun keyfiyyətli, tamaşaçı üçün maraqlı keçəcək. Biz müsbət nəticə əldə etməyə çalışacağıq".
Qeyd edək ki, "Sumqayıt" - "İmişli" matçı dekabrın 9-u, saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.