"Barselona"nın hücumçusu Robert Levandovski bu mövsüm La Liqada ilk 16 oyunda 16 qol vurub. Sport24.az xəbər verir ki, polşalı forvard bu göstəricidə komandanın sabiq hücumçusu Lionel Messinin statistikasını təkrarlayıb.

 

Messi 2018/2019 mövsümündə ilk 16 çempionat matçında 16 qol vurub.