"Barselona"nın gənc ulduzu Lamin Yamal gələn mövsümdən 10 nömrəli forma geyinəcək. Sport24.az "Managing Barça"ya istinadən xəbər verir ki, qərar artıq təsdiqlənib.

 

Mənbənin sözlərinə görə, nömrə dəyişikliyi futbolçunun 18 yaşı tamam olandan sonra (13 iyul) açıqlanacaq. O da bildirilir ki, Yamal bir milyard avroluq satınalma maddəsi ilə yeni müqavilə imzalayacaq.

 

İndi "10 nömrə" altında Ansu Fati oynayır. Nömrə dəyişikliyi onun klubda qalıb-qalmamasından asılı olmayaraq reallaşacaq.

 

Qeyd edək ki, "barselona"da 10 nömrəli formanı Lionel Messi, Ronaldinyo, Rivaldo, Dieqo Maradona, Romario kimi ulduzlar geyinib.