"Barselona"nın oyunçusu Lamin Yamal Çempionlar Liqasında "Brügge" ilə 3-3 hesablı heç-heçədən sonra zədəsi ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "Marca"ya açıqlama verib:

 

"Qasıqdan zədələndiyim barədə çox danışırdılar və buna görə kədərli olduğumu deyirdilər. Bunların hamısı yalan idi. Eyni səviyyədə işləməyə və istirahət etməyə çalışıram. Özümü çox yaxşı hiss edirəm və bundan da zövq alıram.

Düşünmürəm ki, səni fitə basırlarsa, deməli, meydanda işimin öhdəsindən yaxşı gəlirəm. Bütün bunlar mənim vecimə də deyil". 

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Yamalın zədədən əziyyət çəkdiyi, yaxın vaxtlarda əməliyyat olunacağı ilə bağlı xəbərlər yayılmışdı.