Çempionlar Liqasının 4-cü turunda "Barselona" ilə (3-3) oyunda iki qol vuran və bir məhsuldar ötürmə edən "Brügge"nin cinah oyunçusu Karlos Forbs, mötəbər turnirdə Kataloniya təmsilçisinə qarşı matçlarda məşhur keçmiş ingilis yarımmüdafiəçisi Devid Bekhemin rekordunu qırdı. Sport24.az "Opta Sport"a istinadən xəbər verir ki, Forbes 21 yaş 231 günlüyündə "Barselona"ya qarşı Çempionlar Liqası matçında qol vuran və məhsuldar ötürmə edən ən gənc oyunçu oldu.

 

Əvvəlki rekord isə Bekhemə məxsus idi. O, 1998-ci ilin sentyabrında "Old Trafford"da katalonların qapısına yol tapanda və məhsudar ötürmə ilə yadda qalanda 23 yaş 137 günlük idi. 

 

Qeyd edək ki, Portuqaliya U-21-nin də formasını geyinən Karlos cari mövsümdə "Brügge"nin heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.