"Biz əlimizdən gələni etdik. Bəlkə də azarkeşlər bunu nəticəni gözləmirdilər". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

Yarımmüdafiəçi Bakıda İngiltərənin "Çelsi" klubu ilə heç-heçə (2:2) etdikləri UEFA Çempionlar Liqasının oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İlk yarıda şans bizim tərəfdə deyildi. Amma buna baxmayaraq sonradan hesabda irəli çıxa bildik. Məşqdə etdiklərimizi matçda göstərdik. Bir xala razıyıq".

Oyunçu Çempionlar Liqası turnirinin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb:

"Burada yüksək keyfiyyətli futbolçular, güclü komandalar var. Biz əlimizdən gələni edirik və üzərimizdə təzyiqlər var və çalışırıq ki, növbəti oyunlarda yaxşı nəticələr əldə edək".