Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Viktor Osimhen (Qalatasaray), Fil Foden (Mançester Siti), Mikel Merino (Arsenal) və Karlos Forbes (Brügge) IV turun ən yaxşısı adına namizəddirlər.

 

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.