İspaniyanın “Valensiya” klubu baş məşqçisi Xavi Qrasiya ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa təmilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə baş məşqçiyə fəaliyyəti dövründəki xidmətlərinə görə təşəkkür edən klub, ona gələcək karyerasında uğurlar arzulayıb.

“Valensiya” bundan sonra əsas komandaya müvəqqəti olaraq Salvador Qonsalesin rəhbərlik edəcəyini də bildirib.

Xatırladaq ki, Xavi Qrasiya 2020-ci ilin iyulundan “Valensiya”ya rəhbərlik edirdi. Komanda bu mövsüm onun rəhbərliyi altında 34 oyunda cəmi 36 xal toplayıb və 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.