Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro Konqo DR millisi ilə matçdan sonra qardaşını tənqid edənlərə sərt cavab verib. Sport24.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"Qocadı, artıq köməyi dəymir, artıq adamdı - belə deyirdiz, elə deyilmi? İndi bütün bu tutuquşular haradadır?

Ona nifrət edənlər bunun təsadüf olduğunu deyəcəklər. Bəs nə oldu? Susursuz. İndi ikiüzlülər nə deyəcəklər? Onların üzlərini görmək istəyirəm. O, hamınızı susdurdu".

 

Qeyd edək ki, Özbəkistanla matçda (5:0) Ronaldo dublla yadda qalıb.