Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun hücumçusu, daha əvvəl "Real"da çıxış etmiş Kriştiano Ronaldo Madrid klubunun oyunçusu Vinisius Juniorun "Qızıl top"u almalı olduğunu deyib və bu mükafatla bağlı fikirlərini də bölüşüb. Sport24.az xəbər verir ki, portuqaliyalı ulduz bununla bağlı X sosial şəbəkəsində paylaşım edib:

 

"Vinisius, şübhəsiz ki, "Qızıl top"a layiq idi, lakin bu mükafatın artıq heç bir əhəmiyyəti qalmayıb. Vini olduğu yerdə mən olmuşam. O, buna layiq idi, amma almadı, çünki ona inam yoxdur".

 

Qeyd edək ki, braziliyalı futbolçu 2024-cü ilin "Qızıl top" üçün səsvermədə İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodriyə uduzaraq ikinci yeri tutub.