Pyer Saj "Kristal Pelas"ın baş məşqçisi təyin olunub. İngiltərə klubu 47 yaşlı fransız mütəxəssislə üç illik müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İyunun 2-də London klubu 2024-cü ildən komandada çalışan baş məşqçi Oliver Qlasnerin istefa verdiyini açıqlayıb.

 

Qeyd edək ki, Saj 2025-ci ildən "Lans"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə Fransa çempionatında ikinci yeri tutub. 2023-cü ildən 2025-ci ilə qədər isə mütəxəssis "Lion"un "sükanı arxasında" olub.