Konqo Futbol Federasiyası millinin gələn il keçiriləcək dünya çempionatına vəsiqə qazanacağı təqdirdə hər bir oyunçuya 1 milyon dollar mükafat verəcək. Sport24.az xəbər verir ki, bu barədə "Sport News Africa" məlumat yayıb.
Konqolular 2026-cı il dünya çempionatının seçmə mərhələsinin yarımfinalında Kamerunla qarşılaşacaqlar. Oyun noyabrın 13-də keçiriləcək. Qalib gəlsələr, komanda həlledici qarşılaşmada Nigeriya-Qabon matçının qalibi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, Konqo millisi dünya çempionatının final mərhələsində ilk dəfə 1974-cü ildə iştirak edib. O vaxt Zair adlanan ölkə 3 oyunda xal qazanmayıb, qol fərqi isə 0-14 olub. Konqo seçmə mərhələdə öz qrupunda Tunisdən sonra ikinci yeri tutub.