Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Sport24.az xəbər verir ki, raundun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Bakıda Belçikanın "Gent" klubunu qəbul edib və minimal fərqlə qalib gəlib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" isə İsveçrə "Bazel"ini sınağa çəkib. Trabzon klubu da ilk oyunda tək qolla qələbə qazanıb.

Bu raundun cavab görüşləri fevralın 23-də keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar

16 fevral

“Qarabağ” (Azərbaycan) - “Gent” (Belçika) 1:0
Qol: L.Andrade, 78.

“Trabzonspor” (Türkiyə) - “Bazel” (İsveçrə) 1:0
Qol: Larsen, 65.

“Bodo Qlimt” (Norveç) - “Lex” (Polşa) 0:0

“Braqa” (Portuqaliya) - “Fiorentina” (İtaliya) 0:4
Qol: Yoviç, 45+1; 60. Kabral, 79; 90. 

“Latsio” (İtaliya) - “ÇFR Kluj” (Rumıniya) 1:0
Qol: İmmobile, 45+4.

AEK (Larnaka, Kipr) - “Dnepr-1” (Ukrayna) 1:0
Qol: A.Qarsiya, 85.

“Şerif” (Moldova) - “Partizan” (Serbiya) 0:1
Qol: R.Qomes, 45.

“Ludoqorets” (Bolqarıstan) - “Anderlext” (Belçika) 1:0
Qol: İ.Tyaqo, 9.