"Mançester Siti"nin yarımmüdafiəçisi Maksimo Perrone "Komo"nun futbolçusu olub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı argentinalının İtaliya klubu ilə anlaşmanın müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Perrone ötən mövsüm icarə əsasında formasını geyindiyi "Komo"nun heyətində bütün turnirlərdə 26 oyun keçirib, 3 məhsuldar ötürmə edib.