"Milan"ın qapıçısı Marko Sportiello "Atalan"ta ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı qapıçı "Atalanta"nın yetirməsidir və 2012-2023-cü illərdə Berqamo təmsilçisinin əsas komandasında çıxış edib.
Qeyd edək ki, Sportiello ötən mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 3 oyun keçirib və qapısında 2 qol görüb.