"Real"ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem çiynindən əməliyyat olunub. Sport24.az xəbər verir ki, futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"Əməliyyat və qonaqpərvərliyə görə "Fortius" klinikasının həkimlərinə təşəkkür edirəm. İvan Orteqaya və doktor Leyesə dəstəyə gəldikləri üçün minnətdaram. Və nəhayət, bütün xoş arzular və sevgi sözləri üçün hamıya. Artıq qayıtma prosesi başlayıb, tezliklə görüşərik".

 

Qeyd edək ki, Cud Bellinqhem 2023-cü ilin noyabrında "Rayo Valyekano"  matçda çiynindən zədə almışdı. Bir müddət öncə yarımmüdafiəçinin əməliyyatdan sonra təxminən üç ay meydana çıxmayacağı bildirilirdi.