Milanın "San Siro" stadionu 2032-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi edə bilməyəcək.Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, arena UEFA-nın tələblərinə cavab vermir. Hətta tam yenidənqurma da qitə çempionatının oyunlarını qəbul etməyə imkan verməyəcək. Çünki bina çox köhnəlmişdir.
"Milan" və "İnter" hazırda "San Siro"da oynayır.
Qeyd edək ki, Avro-2032 İtaliya və Türkiyədə keçiriləcək. Turnirdə 24 deyil, 32 komandanın iştirak etmək imkanı nəzərdən keçirilir.