"İnter" futbolçusu Valentin Karbonini icarəyə verib. Sport24.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

 

20 yaşlı yarımmüdafiəçi karyerasını "Cenoa"da davam etdirəcək. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, argentinalı forvard keçən mövsüm çarpaz bağ zədəsi alıb və bu nəticədə icarədə olduğu "Marsel"dən vaxtından tez ayrılıb.