"Beşiktaş"a transferi baş tutmayan Kayl Uolker-Petersin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu ölkəsində qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Uolker-Peters "Vest Hem"lə anlaşıb. 28 yaşlı sağ cinah müdafiəçisi London klubu ilə 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu "Sauthempton" olub. 28 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatıb.