2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının tarixi məlum olub. Sport24.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3-12 fevralda keçiriləcək.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Yarışın püşkatma mərasimi bu gün, İsveçrənin Sürix şəhərində baş tutacaq. Tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Klublararası dünya çempionatında Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin “Əl-Cəzirə”, İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandaları iştirak edəcək.