"Bavariya"nın icraçı direktoru Yan Kristian Drezen açıqlama verib. Sport24.az xəbər verir ki, "Abendzeitung" nəşrinə danışan funksioner Camal Musiala ilə yeni müqavilə danışıqlarından söz açıb:

 

"Dünyanın ən yaxşı oyunçularından biri ilə sözləşməni uzatmaq istəyirik. Ümid edirəm ki, yekun razılıq əldə olunacaq. Musialanın klubun simvoluna çevrilməsini istəyirik".

 

21 yaşlı futbolçunun sözləşməsi 2026-cı ilin yayına kimidir. O, bu mövsüm 14 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.