"Real"ın hücumçusu  Kilyan Mbappe "GQ" jurnalında verdiyi müsahibdədə həm hazırkı forması, həm də karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

 

Sport24.az xəbər verir ki, fransalı ulduz Madrid klubunda oynamağın onun üçün böyük şans olduğunu bildirib:

 

"Realda olmaq mənim üçün Tanrıdan bir lütfdür. Sevdiyim işi dünyanın ən böyük klubunda görmək, hər gün oyanıb futbolla yaşamaq mənim üçün böyük xoşbəxtlikdir".

 

​Ulduz hücumçu təzyiq mövzusuna da toxunub. O bildirib ki, bu gərginlik onu daha da güclü olmağa sövq edir:

 

"Təzyiq mənə lazım olan mükəmməllik səviyyəsini qorumağa kömək edir".

 

Sonda Mbappe gələcəyi ilə bağlı da danışaraq dəyişikliklərdən çəkinmədiyini qeyd edib:

 

"Gec-tez ayrılmalı olacağam, lakin öz yolumu özüm seçmək istəyirəm".