"Real"ın hücumçusu Kilian Mbappe İspaniya Kubokunun aprelin 26-da Sevilyada keçiriləcək "Barselona" ilə final oyununa hazır olacaq. Sport24.az xəbər verir ki, bu barədə "Tiempo de Juego" nəşri məlumat yayıb.

 

Mənbənin dediyinə görə, Mbappe sağ topuq nahiyəsindən aldığı yüngül zədəni sağaldıb. Fransalı forvard hətta madridlilərin aprelin 23-də baş tutacaq "Xetafe" ilə oyununda da meydana çıxa bilər.

 

 

Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.