"Milan"ın sahibi Cerri Kardinale klubun inkişaf istiqamətini şərh edib. Sport24.az xəbər verir ki, 2022-ci ildə "rossoniyerilər"in hüquqlarını əldə edən biznesmen "RedBird Capital Partners" şirkətinin təsisçisidir:

 

"Mən "Milan"ı amerikanlaşdırmağa çalışmıram. Amma mən "Milan"ın yeni səviyyəyə yüksəlməsinə kömək edə biləcək bəzi Amerika təcrübələrini həyata keçirməyə çalışıram. Bundan əlavə, mən A Seriyasına diqqət yetirirəm ki, onlara beynəlxalq media sövdələşmələri aparmağa necə kömək edə bilərik. ABŞ-də klub sahibləri ilə liqalar arasındakı münasibət fərqlidir. Burada daha fərqli səviyyələr var. Serie A, İtaliya Futbol Federasiyası, UEFA , FIFA … Mənim üçün bu, öyrənmə prosesidir. Evdə bütün bunları gözlərim bağlı olaraq edə bilərdim".