"Milan"ın sabiq müdafiəçisi Kafu "Real"ın baş məşqçisi Karlo Ançelottini Braziliya millisinin "sükanı arxasında" görmək istədiyi deyib. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca"ya açıqlama verib:

 

"Ançelottini Braziliya millisinə rəhbərlik etməsi əla olardı. Onunla "Milan"da beş il işləmişəm, ona görə də onun milliyə nə qazandıra biləcəyini bilirəm. Karlo əla məşqçidir, hər komanda onu texniki zonada görməkdən şad olardı.

 

Gözləmək lazımdır ki, futbol qurumumuzun rəhbərləri hansı qərarı verəcək. Ümid edirəm ki, bu məsələ mümkün qədər tez həll olunacaq".

 

Qeyd edək ki, artıq neçə müddətdir ki, mətbuatda italyan mütəxəssisin mövsümün sonunda "Kral klubu"ndan ayrılacağı ilə bağlı xəbərlər dolaşır.