"Lids"in rəhbərliyi mümkün məşqçi dəyişikliyi ilə bağlı variantları nəzərdən keçirməyə başlayıb. Sport24.az "TEAMtalk"a istinadən xəbər verir ki, klubun qısa siyahısına Joze Mourinyo və Nuno Espirito Santo daxildir.
Mənbənin sözlərinə görə, komandanın hazırkı baş məşqçisi Daniel Farke istefaya göndəriləcəyi təqdirdə mütəxəssislərə təklif göndəriləcək.
Bir müddət əvvəl mətbuatda klubun amerikalı sahibləri Daniel Farkenin cari mövsümdə "Lids"i Premyer Liqada saxlaya biləcəyinə şübhə ilə yanaşdıqları barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, 3 turdan sonra "Lids" turnir cədvəlində 4 xalla 12-ci yerdədir. Komanda növbəti oyununu sentyabrın 13-də səfərdə "Fulhem"ə qarşı keçirəcək.