Misli Premyer Liqasının IV turunun ilk oyun gününə "Azersun Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "Zirə"ni qonaq edir.

 

3 oyundan sonra aktivində 7 xal olan "qartallar" ilk pillədə qərarlaşıb. Bir oyun az keçirən "Qarabağ" isə 3 xalla 7-cidir. Qurban Qurbanovun yetirmələri qalib gələcəyi halda liderlər qrupuna yaxınlaşa bilər. Hazırda "Sumqayıt və "Araz-Naxçıvan"ın da aktivində 7 xal var. 

 

Qeyd edək ki, Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

20:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Azersun Arena".