"Qarabağ"ın sabiq futbolçusu Ovusu Kvabena yenidən Azərbaycanda oynamaq istəyir. Bu barədə Sport24.az-a qanalı hücumçunun agenti Roy Rajber açıqlama verib.

O, forvardın hazırda komandasız olduğunu xatırladıb:

"Ovusu Kvabenaya bir neçə təklif var idi və tezliklə yeni klubla müqavilə bağlaya bilər. Azərbaycandan heç bir komanda mənimlə əlaqə saxlamayıb, zəng etməyib. Amma futbolçu bu ölkəni çox sevir, geri qayıtmaq və yenidən orada oynamaq istəyərdi".

Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Son olaraq icarə əsasında Türkiyə təmsilçisi "Ankaragücü"ndə çıxış edən oyunçunun Macarıstanın "Ferentsvaroş" klubu ilə müqaviləsi yayda başa çatıb.