Azərbaycan I Liqasının açılış oyununda maraqlı hadisə yaşanıb. Sport24.az-ın məlumatına görə, "Zaqatala" futbolçuları "Cəbrayıl"la matça üzərində loqo olmayan forma ilə çıxıblar.

Yalnız qapıçı Amin Ramazanovun formasında loqo əks olunub.

Məsələ ilə bağlı klubdan Sport24.az-a bildirilib ki, bu formalar bir qarşılaşmalıq nəzərdə tutulub və növbəti görüşlərdə yeni formalarla çıxış edəcəklər.

Qeyd edək ki, matç "Zaqatala"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.