Bu günlərdə "Fənərbaxça"nın "sükanı arxasına" keçən Joze Mourinyo heyəti gücləndirmək üçün ilk seçimini edib. Sport24.az "The Sun"-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis "Luton"un 26 yaşlı hücumçu İlyas Adebayonu sərəncamında görmək istəyir.

 

Forvard 2023/24 mövsümündə İngiltərə çempionatında meydana çıxdığı 27 oyunda 10 qolla yadda qalıb. 

 

Qeyd edək ki, İlyas 2021-ci ilin fevralından "Luton"da çıxış edir. O, "Fulhem" akademiyasının yetirməsidir.