"Çelsi"nin hücumçusu Joao Feliks karyerasını Milanda davam etdirəcək. Sport24.az xəbər verir ki, portuqaliyalı artıq İtaliya A Seriyasının rəsmi saytında "rossonerlər"in heyətində yer alıb.

 

Futbolçu cari mövsümün sonuna kimi "Milan"da icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Feliks bu mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib və yeddi qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyalının "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.