"Barselona" İspaniya kubokunun finalında "Real əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu kataloniyalıların baş məşqçisi Hans Flik üçün Karlo Ançelotti ilə görüşdə üçüncü qələbədir.

 

60 yaşlı almaniyalı 65 yaşlı italiyalıya qarşı keçirdiyi bütün görüşlərdə ümumilikdə 12:4 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, "Barselona" İspaniya kubokunun qalibi olub. Bu, katalonların 32-ci kubokudur və onlar rekordçudurlar. İkinci yerdə "Atletik"dir (24). İlk "üçlüy"ü isə "Real Madrid" (20) tamamlayır.