"Yuventus" və "Milan" "Mançester Siti"nin 31 yaşlı yarımmüdafiəçi Bernardo Silvanın xidmətində maraqlıdırlar. Sport24.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "şəhərlilər" portuqaliyalıya yeni müqavilə təklif etməkdə maraqlı deyil. Ancaq Silvanın maaşının yüksək olması ( illik 10,1 milyon avro) İtaliya nəhənglərini bir qədər çəkindirir.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2017-ci ilin yayından "Mançester Siti"nin formasını geyinir. Silva altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır.