Ötən gecə Avropa Liqasında əsas mərhələnin 5-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, hesabat həftəsində 18 matç baş tutub.

 

Türkiyənin turnirdə yeganə təmsilçisi "Fənərbağça" "doğma divarlar" arasında Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gəlib və xal itirib. 

 

Lion "Olimpik"i səfərdə Təl-Əviv "Makkabi"sini darmadağın edibsə, "Ştutqart" eyni aqibəti Niderlandda "Qou Ehed İqlz"ə yaşadıb. 

 

Avropa Liqası
Liqa mərhələsi, V tur

"Roma" (İtaliya) – "Midtyulland" (Danimarka) 2:1
"Aston Villa" (İngiltərə) – "Yanq Boyz" (İsveçrə) 2:1
"Portu" (Portuqaliya) – "Nitsa" (Fransa) 3:0
"Fənərbaxça" (Türkiyə) – "Ferentsvaroş" (Macarıstan) 1:1
"Feyenoord" (Niderland) – "Seltik" (Şotlandiya) 1:3
"Lill" (Fransa) – "Dinamo" (Zaqreb, Xorvatiya) 4:0
"Ludoqorets" (Bolqarıstan) – "Selta" (İspaniya) 3:2
PAOK (Yunanıstan) – "Brann" (Norveç) 1:1
"Viktoriya" (Plzen, Çexiya) – "Frayburq" (Almaniya) 0:0
"Betis" (İspaniya) – "Utrext" (Niderland) 2:1
"Bolonya" (İtaliya) – "Zalsburq" (Avstriya) 4:1
"Srvena Zvezda" (Serbiya) – "Styaua" (Rumıniya) 1:0
"Qou Ehed İqlz" (Niderland) – "Ştutqart" (Almaniya) 0:4
"Genk" (Belçika) – "Bazel" (İsveçrə) 2:1
"Makkabi" (Təl-Əviv, İsrail) – "Olimpik" (Lion, Fransa) 0:6
"Nottingem Forest" (İngiltərə) – "Malmö" (İsveç) 3:0
"Panatinaikos" (Yunanıstan) – "Şturm" (Avstriya) 2:1
"Reyncers" (Şotlandiya) – "Braqa" (Portuqaliya) 1:1