"Neftçi" Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Turan Tovuz" klubu ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

 

"Ağ-qaralar" hazırlıq prosesindən sonra Tovuza yola düşüb.

 

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" qarşılaşması sabah saat 18:30-da start götürəcək.