Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçirilib. Sport24.az xəbər verir ki, əvvəlcə "Ordu" "Azərreyl" üzərində 3:1 (23:25, 25:23, 26:24, 25:19) hesablı qələbə qazanıb.

 

Ardınca isə "Neftçi" "Xilasedici" kollektivindən güclü olub - 3:0 (25:21, 25:23, 25:22).

 

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutub.

 

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.